Verilmiş cümlələri tərcümə edərək, "Kitabi-Dədə Qorqud” dastanı haqqında məlumatınızı artırmağa çalışın.
“Kitabi-Dədə Qorqud” dastanı ana dilimizin və tariximizin ən möhtəşəm
abidasidir. Dastan 12 hissədən ibarətdir. Hər hissə "boy" adlanır. Dastan
belə başlayır: "Məhəmməd peyğəmbərin zamanına yaxın Bayat (24 oğuz
tayfasından birinin adı) boyunda (tayfasında) Qorqud ata deyilən bir kişi
vardı. O kişi oğuzların kamil bilicisi idi: nə deyirdisə, olurdu ...".
"Uşun Qoca oğlu Sagrək boyu" dastanın 10-cu boyudur.